Putin Kim Çen İnə söz verdi

23.03.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İnə yenidən ölkə rəhbəri seçilməsi münasibətilə təbrik məktubu göndərib.  

Globalinfo.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məktubda qeyd olunur ki, Putin Rusiyanın Şimali Koreya ilə tərəfdaşlığı inkişaf etdirməyə davam edəcəyinə söz verib:

Rusiya ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinə şəxsi töhfənizi yüksək qiymətləndirir. Əlbəttə ki, Moskva ilə Pxenyan arasında hərtərəfli strateji tərəfdaşlığı daha da inkişaf etdirmək üçün sıx əməkdaşlıq etməyə davam edəcəyik”.

Rusiya prezidenti vurğulayıb ki, Kim Çen İnin yenidən KXDR Dövlət İşləri Sədri seçilməsi onun yürütdüyü kursa ictimaiyyətin yekdil dəstəyini nümayiş etdirir.

Əliyar Xəlil
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью