Putin kimi foto çəkdirmək istəyən polis istintaqa cəlb edildi

23.01.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Böyük Britaniyada polis və cinayətkarlıqla mübarizə üzrə komissar barəsində araşdırma aparılır. Səbəb onun qadın həmkarından Rusiya Prezidenti Vladimir Putinin məşhur at üstündə və köynəksiz fotosuna bənzər formada şəklini çəkməsini xahiş etməsidir.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, Lesterşir və Rutlənd polis komissarı Rupert Mettyus həmkarına elektron məktub göndərərək, seçki kampaniyası üçün fotosessiyanın təşkilinə kömək etməyi xahiş edib.

Mesaj müvafiq polis qurumuna göndərilsə də, idarə burada cinayət əməlinin törədildiyini göstərən heç bir dəlil tapmayıb. Yekin qərarın müzakirələrdən sonra veriləcəyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью