Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putinə Ukraynanın hücumu nəticəsində zədələnən Krım körpüsündəki vəziyyət barədə məruzə edilib.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, baş nazirin müavini Marat Xusnullin vəziyyətlə bağlı Putinə məlumat verib. Körpünün bərpası üçün konkret plan hazırlanacaq.
“Körpünün bərpa ediləcəyinə və əvvəlkindən də yaxşı olacağına heç bir şübhə yoxdur”, – Peskov Rusiya prezidentinin hücuma reaksiyası barədə sualı cavablandırarkən deyib.