“Putin Kiyevi bir həftə atəşə tutmayacağına söz verdi” − Tramp

29.01.2026

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putindən şiddətli soyuqlar səbəbindən bir həftə ərzində Kiyev və digər Ukrayna şəhərlərini atəşə tutmamağı şəxsən xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tramp ABŞ prezident administrasiyasının rəsmiləri ilə görüşündə danışıb.
“Orada təkcə soyuq deyil, qeyri-adi dərəcədə soyuq, rekord dərəcədə soyuqdur. Bu, çox böyük bir problemdir - pis hava. Deyirlər ki, heç vaxt belə soyuqla qarşılaşmayıblar”, - Tramp bildirib.
Trampın sözlərinə görə, Putin bir həftə ərzində Kiyev və digər şəhərləri atəşə tutmamağa razı olub:
“Və deməliyəm ki, bu, onun tərəfindən çox xoş bir jest idi”.
O, Putinlə nə vaxt buna razılaşdıqlarını dəqiqləşdirməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью