Putin Kremldə məni qəbul etdi, qəzəbli idi Vuçiç

20.10.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin nədənsə narazı qaldıqda daha sakit səslə danışır.

Axar.az xəbər verir ki, bunu Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç rusiyalı jurnalist Kseniya Sobçaka verdiyi müsahibəsində deyib.

“O, narazı qalanda bir qədər sakit səslə danışır. Bir dəfə, 2016-cı ildə məni Kremldə qəbul etmişdi. Mən heç nə başa düşmürdüm. Amma görürdüm ki, nədənsə sakit danışır və mənə elə gəlirdi ki, qəzəblidir, lakin mənə heç bir sərt söz demirdi. Sonra isə mənə dedi: “Yaxşı, əgər NATO-ya üzv olmaq istəyirsinizsə, buyurun. Amma düşünmürəm ki, bu, serb xalqı üçün yaxşıdır. Lakin əlbəttə, özünüz bilərsiniz”, - o bildirib.

Vuçiç həmçinin qeyd edib ki, Putin xarici liderlərlə danışıqlarda şəxsi münasibətlərə böyük əhəmiyyət verir:

“Rusiya lideri xokkey haqqında müzakirələrdən zövq alır və həmsöhbəti ilə emosional əlaqə qurmağa çalışır”.

Qeyd edək ki, Vuçiç 27 sentyabrda vəzifəsindən istefa verib və parlament seçkilərində komandasına şəxsən rəhbərlik edir.

Serbiyada parlament seçkisi 25 oktyabrda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью