Putin Kremldə Trampın emissarları ilə görüşdü

12.11.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın xüsusi nümayəndələrini - Stiv Uitkoff və Cared Kuşneri Moskvada Kreml sarayında qəbul edib. Görüş Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən üçtərəfli danışıqların sonuncu mərhələsi başa çatdıqdan bir gün sonra baş tutub.

Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Cared Kuşnerin sözlərinə görə, ABŞ emissarları Moskva səfərini bitirdikdən sonra Kiyevə yollanmağı planlaşdırırlar.

Qeyd edək ki, Ukrayna münaqişəsinin həlli istiqamətində əvvəllər ABŞ tərəfini təkbaşına təmsil edən Stiv Uitkoffin son iki ildə Rusiyaya sayca onuncu gəlişidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью