Putin Krım körpüsünə hücumlardan danışdı

19.11.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Krım körpüsü müstəsna olaraq mülki obyektdir, ondan hərbi texnikanın daşınması üçün istifadə edilmir”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çində mətbuat konfransında çıxışı zamanı deyib. 

Rusiya lideri Ukrayna Silahlı Qüvvələrinin hücumlarına daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib. 

O həmçinin hücumlar nəticəsində Krım körpüsünün avtomobil yolu hissəsinə ciddi zərər dəydiyini, dəmir yolu hissəsində isə hərəkətin artıq bərpa edildiyini deyib. 

Qeyd edək ki, Ukrayna ordusu son 3 gün ərzində Krım körpüsünə üç dəfə zərbə endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью