Putin kritik qərar verdi: Kadırov ailəsi ölkədən qaçdı İddia

13.01.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“İddialara görə, Çeçenistan rəhbəri Ramzan Kadırov komaya düşüb”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Heydər Oğuz yazıb.

“Amma dərd burasındadır ki, Moskvada və ya Rusiyanın başqa bölgələrində müalicədən də imtina edib. Kadırovun fikrincə, Kreml onu vaxtından əvvəl qaranlıq dünyaya göndərmək niyyətindədir və bu məqsədlə də əvvəllər müalicə olunduğu Moskvada tibb işçiləri tərəfindən zəhərlənib.

Kadırovun dərdi bununla da bitmir. İddia olunur ki, Kadırov özündən sonra övladlarından birinin siyasi varis seçilməsinə Kremldən razılıq ala bilməyib. Buna görə də övladlarını və varidatını Səudiyyə Ərəbistanına daşımağa qərar verib.

Qeyd edim ki, 45 yaşlı Kadırov biri Əhməd, digəri Adəm adlı iki oğlu var. Böyük oğlu Əhməd 20, Adəm isə 18 yaşındadır. Şərq mentalitetinə görə, varislik böyük oğulun haqqı olsa da, Kadırov 18 yaşlı kiçik oğluna daha çox üstünlük verir”, – H.Oğuz qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью