Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ münaqişəsinə müdaxilə
Oxu.Az-ın məlumatına görə, bunu Qazaxıstanda keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bəyan edib.
"Lakin KTMT-nin buna heç bir aidiyyəti yoxdur, çünki Ermənistanın özünə qarşı heç bir xarici təcavüz olmayıb", - deyə o bildirib.
"KTMT - üzv ölkələri xarici təcavüzdən qorumaq üçün nəzərdə tutulub.
Qarabağdakı hadisələrin öz spesifikası var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımayıb və əlbəttə ki, Qarabağı öz ərazisinə daxil etməyib.
Deməli, Qarabağda baş verənlərin Ermənistana hüquqi baxımdan heç bir aidiyyəti yoxdur, ona görə də KTMT-nin bu ərazidə döyüşməsini tələb etmək qəribədir".
"Hər ölkə öz təhlükəsizliyini təmin etmək sahəsində nəyi və necə etmək istədiyini seçmək hüququna malikdir", - Rusiya lideri deyib.
"Düşünürəm ki, KTMT ilə bağlı bugünkü vəziyyət, çox güman ki, Ermənistanın özündəki daxili siyasi proseslərlə əlaqədardır və əlbəttə ki, bütün bunlar Qarabağ məsələsi ilə bağlıdır.