Putin Lukaşenko görüşü haqda yeni detal: gecəyə qədər...

07.09.2025

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin Pekində gecə saat ikiyə qədər söhbət ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont deyib.

Onun sözlərinə görə, liderlər tez-tez görüşürlər:

“Bu yaxınlarda, avqustun əvvəlində Rusiya və Belarus prezidentləri Valaamla bağlı görüş keçirdilər. Hamı başa düşür ki, Lukaşenko və Putinin istənilən şəraitdə danışacaqları bir şey var”.

Qeyd edək ki, sentyabrın 2-də Pekində Belarus və Rusiya liderlərinin görüşü baş tutub. Bu zaman Lukaşenko rusiyalı həmkarını ABŞ Prezidenti Donald Trampla uğurlu danışıqlara  görə təbrik edib.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью