Putin Makrona cavab verib

06.03.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makrona cavab verib.

APA-nın Moskva müxbiri xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ukrayna müharibəsinin iştirakçılarının anaları ilə görüşdə çıxış edən Rusiya dövlət başçısı hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu söyləyib. Bildirib ki, onlar (Napoleon dövrünə qayıtmaq istəyənlər-red.) bunun necə bitdiyini unudurlar: "Belələri ilə alınmaz".

Putin, xüsusi hərbi əməliyyatlarda iştirak edən hərbçilər sayəsində Makron kimilərinin istəyinin həyata keçməyəcəyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью