Putin: Mask sayıqlayır

17.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İlon Mask kimi insanlar dünyaya tez-tez gəlmirlər".

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin tələbələrlə görüşü zamanı deyib.

"Siz bilirsiniz ki, Birləşmiş Ştatlarda Mask adlı adam yaşayır, o, demək olar ki, Mars barədə sayıqlayır. Bax, müəyyən ideyaya köklənmiş belə adamlar insan populyasiyasında tez-tez peyda olmurlar. Bu gün inanılmaz görünsə də, bir müddət sonra belə ideyalar tez-tez gerçəkləşir", - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью