Putin MDB liderlərini Moskvaya DƏVƏT ETDİ

26.12.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin (MDB) liderlərini faşizm üzərində qələbənin 80 illiyini qeyd etmək üçün Moskvaya dəvət edib.
Modern.az xəbər verir ki, Putin bu barədə MDB-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi sammiti zamanı bildirib.

“Əziz dostlar, biz sizi 2025-ci il mayın 9-da Moskvada keçiriləcək yubiley şənliklərində gözləyirik”, - Putin deyib.

Rusiya prezidenti həmçinin MDB ölkələrinin hərbçilərinin 2025-ci ildə Moskvada keçiriləcək Qələbə Paradında iştirak edə biləcəklərini gözləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью