Putin MDB ölkələrini kəşfiyyat əməkdaşlığını gücləndirməyə çağırıb

04.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.

Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin XXII iclasının iştirakçılarına müraciətində qeyd edib ki, mövcud mürəkkəb beynəlxalq şəraitdə xarici təhdidlərə qarşı birgə mübarizə üçün əməkdaşlığın forma və metodları təkmilləşdirilməlidir.

Rusiya liderinin sözlərinə görə, kəşfiyyat sahəsində əməkdaşlıq MDB-yə üzv ölkələrin suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynayır.

O vurğulayıb ki, bu istiqamətdə əməkdaşlığın inkişafı birlik məkanında sabitliyin qorunmasına və inkişaf üçün əlverişli şəraitin yaradılmasına da töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью