Putin MDB ölkələrinin liderlərini Sankt Peterburqa dəvət etdi

09.10.2026

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək ənənəvi Yeni ilqabağı qeyri-rəsmi sammitə dəvət edib.

Adalet.az xəbər verir ki, bu barədə o, Türkmənistanda MDB ölkələri liderlərinin məhdud tərkibdə keçirilən görüşündə bildirib.

"Əziz dostlar, xoş bir ənənəyə uyğun olaraq, hamınızı dekabrın 21-də ənənəvi olaraq qeyri-rəsmi dostluq görüşünə toplaşdığımız Sankt-Peterburqa dəvət etmək istəyirəm", - Putin deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью