Putin: “Mən, Əliyev və Tokayev Xəzərin dayazlaşmasından çox narahatıq” KONKRET

02.12.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, azərbaycanlı və qazaxıstanlı həmkarları İlham Əliyev və Qasım-Jomart Tokayevlə görüşlərində Xəzər dənizinin dayazlaşdırılması məsələsi müzakirə olunub, çünki bu, hamını narahat edir.

KONKRET.az ria.novostiyə istinadən xəbər verir ki, Rusiyanın dövlət başçısı fikirlərini belə davam etdirib:

“Azərbaycanda keçirilən görüşlərdə İlham Heydəroviç (Əliyev – red.) bu barədə danışırdı, indi Qazaxıstanda Qasım-Jomart Kemeleviç (Tokayev – red.) də məsələ qaldırır. Xəzərin dayazlaşması hər kəsi narahat edir. Və əlbəttə ki, bundan açıq-aydın və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, – deyə Putin bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью