“Putin mənə, mən də ona nifrət edirəm”

18.10.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi qapalı görüşün bəzi təfərrüatları məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədəx arici KİV məlumat yayıb.

Bildirilib ki, tərəflər görüşdə silah tədarükü, xüsusilə də uzaqmənzilli sistemlərin – “Tomahawk” raketlərinin verilməsi məsələsini müzakirə ediblər.

Zelenski bildirib ki, hava hücumundan müdafiə sistemləri və təhlükəsizlik təminatları Ukrayna üçün prioritetdir:

“Putinin yenidən aqressiyaya başlamaması üçün bizə ciddi zəmanətlər lazımdır”.

O, həmçinin Rusiya lideri ilə münasibətinə də toxunub:

“Putin mənə, mən də ona nifrət edirəm. Ukraynalılar üçün o, düşməndir”.

Zelenski Tramp və Putinin Budapeştdə keçiriləcək görüşündən sülh üçün müsbət nəticələr gözlədiyini də vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью