Putin mənə zəng edib Azərbaycanla bağlı dedi ki... Tramp

20.11.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ermənistan–Azərbaycan münaqişəsi barədə keçmiş telefon danışığını xatırladığını bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı Biznes Forumunda çıxışı zamanı danışıb.

Tramp həmin dövrdə regionda baş verənlərə diqqət çəkib:

“Azərbaycan… Orada nə baş verdiyini bilirsiniz. Bu, illərdir davam edən bir məsələ idi”.

Onun sözlərinə görə, Putin zəng edərək ABŞ-ın münaqişənin həllindəki roluna təəccübləndiyini bildirib:

“Putin mənə zəng edib dedi: “İnanmıram ki, münaqişəni həll edə bildiniz. Biz bunu uzun müddətdir həll etməyə çalışırıq”.

Tramp isə cavabında sərt ifadələr işlətdiyini deyib:

“Mən də dedim: “Narahat olma, qoy sənin müharibəni mən həll edim. Mənə sənin köməyin lazım deyil və bu məsələdə dəstəyinə ehtiyac görmürəm”.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью