“Putin mənə zəng edib bu ölkələrin adını çəkdi, ancaq sonra hamısını rədd etdi” Lukaşenko Alyaska görüşü ilə bağlı SİRLƏRİ AÇDI KONKRET

22.08.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Rusiya-ABŞ sammitinin keçiriləcəyi mümkün məkanlar arasında Roma, Cenevrə, Türkiyə və BƏƏ də nəzərdən keçirilib.

KONKRET.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Donald Trampın Vladimir Putini Alyaskaya dəvət etməsi bir qədər ekzotik görünsə də, gözəl addım idi. Putin mənə əvvəl zəng vurmuşdu, dedi ki, görüş üçün Roma, Cenevrə, Türkiyə, Əmirliklər və digər ölkələr müzakirə olunur. Ancaq Rusiya danışıqlar üçün təklif olunan bütün yerləri rədd edib və amerikalıların təşəbbüslərini gözləyib. Sonda Alyaska görüş üçün uyğun hesab olunub”, – Lukaşenko vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью