Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin məşhur bloger və teleaparıcı Valeriya Çerkalinanı (Lerçek) əfv edib.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Lerçek xaricə qanunsuz olaraq milyonlarla rubl köçürülməsi işi üzrə məhkum edilmişdi. O, həmin iş üzrə şərti cəza almışdı. Daha sonra blogerdə onkoloji xəstəlik aşkarlanıb.
Putinin imzaladığı əfv sərəncamında qeyd olunur:
“Humanizm prinsiplərini rəhbər tutaraq qərara alıram: 1992-ci il təvəllüdlü Valeriya Valeryevna Çerkalinanı əfv etmək, onu 31 iyul 2026-cı il tarixində Moskvanın Qaqarin Rayon Məhkəməsi tərəfindən təyin edilmiş cəzadan azad etmək və məhkumluğunu ləğv etmək. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir”.
Sərəncam Kremlin rəsmi saytında dərc olunub.