Putin mətbəxində qonaqlara qulluq etdi Video

04.05.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin “Rusiya. Kreml. Putin. 25 il” sənədli filmi üçün verdiyi müsahibədə ilk dəfə Kremldəki mənzilini göstərib.

“Qafqazinfo” xəbər verir ki, onun həmin mənzilin mətbəxində jurnalist Pavel Zarubinlə söhbətindən fraqmentlər yayılıb.

Kadrlarda Rusiya liderinin soyuducudan kefir, şkafdan ağ fincanlar və masadakı qutudan isə yerli şokolodlar çıxardığı görünür. Həmçinin Putinin masasında banan, bal, souslar, ədviyyatlar və kağız salfetlər gözə dəyir.

Jurnalistin masadakılarla bağlı “Hər şey Rusiya istehsalıdır hə?” sualına Putin “Hə. Əlbəttə” cavabını verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью