Putin Minskdədir Video

06.12.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskə səfər edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya lideri bu gün belaruslu həmkarı Aleksandr Lukaşenko ilə İttifaq dövlətinin Ali Dövlət Şurasının iclasını keçirəcək. 

İki ölkə liderinin, həmçinin təhlükəsizlik məsələlərini müzakirə edəcəyi, eləcə də ikitərəfli görüş keçirəcəyi planlaşdırılır.

Xatırladaq ki, dünən yayılan məlumata görə, Putin ölkənin Xarici İşlər Nazirliyinin Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalaması barədə təklifini qəbul edib. Sazişinin bu gün tədbir çərçivəsində imzalanacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью