Putin Misirin bu səylərini yüksək qiymətləndirdi

21.01.2025

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığında onun İsrail-HƏMAS danışıqlarında göstərdiyi səyləri yüksək qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığında İsraillə HƏMAS hərəkatı arasında bu yaxınlarda bağlanmış razılaşma fonunda Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyət müzakirə edilib. Müzakirə zamanı Putin Misirin və bir sıra digər ölkələrin razılaşmaların əldə olunmasına kömək etmək üçün göstərdiyi vasitəçilik səylərini yüksək qiymətləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью