Putin Modini “Aurus”da gəzintiyə çıxardı Foto

01.09.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Çinin Tiencin şəhərində Hindistanın Baş naziri Narendra Modini Rusiya istehsalı olan “Aurus” markalı avtomobildə gəzintiyə çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Narendra Modi özünün X səhifəsində yazıb.

“ŞƏT sammitindən sonra prezident Putinlə birlikdə ikitərəfli görüş yerinə yollandıq. Onunla söhbətlər həmişə məzmunlu və faydalıdır”, - Modi qeyd edib.

Qeyd edək ki, Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью