Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Federal Mühafizə Xidmətinin mərkəzi aparatının heyətinin növbəti dəfə genişləndirilməsi ilə bağlı fərman imzalayıb.
Modern.az xəbər veirr ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bu, Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından bəri artıq dördüncü belə artımdır. Sənədə əsasən, əməkdaşların maksimal sayı 785 nəfərdən 812 nəfərə çatdırılır.
Əvvəlki artım 1 yanvar 2025-ci ildə təsdiqlənmiş və ştat sayı 785 nəfərə yüksəldilmişdi. Bundan əvvəl isə 1 yanvar 2024-cü ildə ştat 775 nəfərə, 2022-ci ilin sonunda isə 725 nəfərdən 760 nəfərə qədər artırılmışdı. Müharibədən əvvəl ştat təxminən 13 il ərzində dəyişdirilməmişdi.
Federal Mühafizə Xidməti dövlətin yüksək vəzifəli şəxslərinin — prezidentin, baş nazirin, parlament palatalarının sədrlərinin, ali məhkəmələrin rəhbərlərinin və baş prokurorun təhlükəsizliyinə cavabdeh olan qapalı güc strukturudur. Bu qurumun tərkibində Vladimir Putinin şəxsi mühafizəsini həyata keçirən və səfərləri zamanı onu müşayiət edən, iqamətgahlarını və digər obyektləri qoruyan bölmə də fəaliyyət göstərir.
"Financial Times" qəzetinin məlumatlı mənbələrə istinadən yazdığına görə, son aylarda FSO Putin ətrafında təhlükəsizlik tədbirlərini kəskin şəkildə gücləndirib. Kreml daxilində Putinin, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə etməklə sui-qəsdin və ya dövlət çevrilişi cəhdinin hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar artıb.