Putin müharibə istəyir, amma sentyabrda... Zelenski

01.09.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq niyyətində deyil. Lakin, diplomatik cəbhədə sülh prosesi ilə bağlı mühüm nailiyyətlər əldə etmək mümkündür.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Təəssüf ki, hazırda həm bizim, həm də tərəfdaşlarımızın bütün kəşfiyyat məlumatları Rusiya liderinin şəxsən daha çox müharibə istədiyini göstərir", - deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Rusiya cəmiyyətinin böyük əksəriyyəti artıq təmas xətti boyunca müharibənin dayanmasını istəyir:

"ABŞ prezidentinin nümayəndələrinin nəyə nail ola biləcəyini görəcəyik. Sentyabr çox şeyi dəyişə bilər və biz tərəfdaşlarımızla birlikdə insanları qorumaq və sülhü təşviq etmək üçün əlimizdən gələni etməliyik".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью