Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna qışdan sağ çıxarsa, müharibə bu yay, 24 avqustdan əvvəl bitə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq Davosda deyib.
“Qarşıdakı aylar çox vacibdir. Rusiya strateji məqsədlərinə çata bilmədi: əsas şəhərləri ələ keçirmədi və ağır itkilər verdi. Putin müharibədən çıxış yolu axtarır, amma məğlubiyyətini açıq şəkildə etiraf etməyə hazır deyil. Sülh danışıqları isə artıq son mərhələsində ola bilər”, - Kelloq bildirib.