Icma.az, Axar.az saytına istinadən bildirir.
Krım körpüsünə hücumlardan əvvəl də Rusiya ordusu Ukraynanın körpülərinə raket və pilotsuz uçuş aparatları ilə 109 hücum edib.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın müdafiə üzrə dövlət katibi Ues Stritinq ilə görüşdə deyib.
“Əvvəla, qeyd etmək lazımdır ki, hətta bizim cavabımızdan - yəni Krım körpüsünə zərbədən əvvəl də Putin Ukrayna körpülərinə 109 raket və PUA hücumu həyata keçirib. Bir dəfə deyil, iki dəfə deyil - raket və dronlardan istifadə etməklə 109 hücum həyata keçirilib”, - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın hərəkətləri Prezident Vladimir Putinin müharibəni bitirmək niyyətində olmadığını və eskalasiyanı daha da artırmaq üçün “bir-birinin ardınca” bəhanələr tapmaq istədiyini nümayiş etdirir.