Putin: “Müharibənin sonu yaxınlaşır”

29.05.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putin Astanada jurnalistlərə bildirib ki, Ukrayna ilə danışıqların davam etdirilməsinə hazırdır.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, Putin heç vaxt danışıqlardan imtina etmədiyini vurğulayıb:
“Hazırda tam mənada danışıqlar aparılmır, lakin biz buna hazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik”, — deyə Putin bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, tərəflər arasında müəyyən təmaslar hələ də saxlanılır.
Putin müharibənin nə zaman başa çatacağını dəqiq deməyin mümkün olmadığını da qeyd edib. Eyni zamanda o vurğulayıb ki, cəbhədəki vəziyyət elə formalaşır ki, bu, müharibənin yekunlaşdığını söyləməyə əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью