Putin NATO ya hücum etsə, cavab dağıdıcı olacaq Rutte

12.02.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidenti Vladimir Rutin NATO-nun hər hansı müttəfiqinə hücum edərsə, cavab dağıdıcı olacaq.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. NATO-nun Rusiyanın mümkün hücumuna hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Rutte bildirib ki, alyansın cavab vermək üçün yaxşı mövqeyi var. Rutte, "Əgər Putin NATO-ya hücum etsə, cavab dağıdıcı olacaq. O, uduzacaq. Ona görə də qoy buna cəhd etməsin", - deyə bildirib. Rutte bəzi Avropa ölkələrinin müdafiəyə daha çox pul xərcləməsinin lazım olduğunu bildirib.

Rutte uzunmüddətli perspektivdə NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirmək üçün müdafiə xərclərini və istehsalın artırılmasına ehtiyac olduğunu ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью