Putin Nazirlər Kabinetində yeni təyinatlar edib

22.10.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Baş nazirinin müavini və hökumət aparatının rəhbəri Dmitri Qriqorenko vəzifəsindən azad edilib. Bu barədə Prezident Vladimir Putin fərman imzalayıb. 

Məlumatı “Kommersant” verib. 

Qriqorenkonun yerinə bu vəzifəyə maliyyə nazirinin müavini İrina Okladnikova təyin edilib.

Putin dörd yeni baş nazir müavininin təyin edilməsi barədə də fərman imzalayıb. Anton Siluanov baş nazirin müavini və maliyyə naziri vəzifələrini tutacaq. Keçmiş nəqliyyat naziri Andrey Nikitin nəqliyyat üzrə baş nazirin müavini təyin edilib.

İrina Okladnikova Baş nazirin müavini və hökumət aparatının rəhbəri vəzifəsini icra etməyə başlayıb. Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi və Primorsk diyarının qubernatoru Oleq Kojemyako da Baş nazirin müavini vəzifəsinə təyin edilib.

Prezident Putin Dmitri Yadrovun nəqliyyat naziri təyin edilməsi haqqında da fərman imzalayıb. 

Bundan əlavə, Putin televiziya aparıcıları Yekaterina Andreyeva və Yelena Malışevanı IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. 

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью