Putin Netanyahu ilə telefon danışığı aparıb

06.10.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Yaxın Şərqdəki cari hadisələrin inkişafı, o cümlədən ABŞ prezidentinin Qəzza zolağında normallaşma planı ətraflı müzakirə edilib.

Putin Rusiyanın Fələstin məsələsinin tanınmış beynəlxalq hüquqi baza əsasında hərtərəfli həllinin tərəfdarı olan dəyişməz mövqeyini bir daha təsdiqləyib.

Telefon danışığı zamanı digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xüsusilə, İranın nüvə proqramı ətrafında vəziyyətin danışıqlar yolu ilə həlli yollarının tapılmasına və Suriyada sabitliyin daha da artırılmasına maraq ifadə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью