Sitat.info saytına istinadən Icma.az xəbər verir. Rusiya prezidenti Vladimir Putin yenidən nüvə təhlükəsi ilə dünyanın diqqətini çəkib.
O, ABŞ-da növbəti prezident andiçmə mərasiminə qədər ballistik raket sınaqları keçirmək ehtimalını gündəmə gətirərək, beynəlxalq ictimaiyyəti narahat edib.
Dünyanın əsas gücləri arasında gərginlik artır. Bununla bağlı Sitat.info-ya danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu
Dünyaya özünü güclü dövlət kimi göstərsin. Sən özündən qat-qat gücsüz dövlətlə müharibə aparırsan və bu zaman başqa dövlətlərdən yardım alır
Ancaq Rusiya istəyir ki, Ukrayna müqavimət göstərməsin, mən gedim onu məhv edim və dünya görsün ki, Rusiya necə güclü bir dövlətdir”.
S.Cəlaloğlu vurğulayıb ki, Putinin nüvə silahından istifadə edə bilməz: “Nüvə silahı oyun,oyuncaq deyil.
Putinin səlahiyyəti olsa belə nüvə silahını istifadə edə bilməz. Çünki nüvə silahının yayılma təhlükəsi var.
Misal üçün Ukraynaya nüvə hücumu olacağı təqdirdə Avropanın bütün ölkələri nüvə çirklənməsinə məruz qalacaq.Ona görə də belə addım atılacağı təqdirdə Avropa da öz əlində olan nüvə silahlarından istifadə edəcək.