Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da Türkmənistanda İran Prezidenti Məsud Pezeşkianla ikitərəfli görüş keçirəcək.
RİA-Novosti-nin məlumatına görə, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, danışıqlar Putinin Türkmənistana səfər proqramı çərçivəsində nəzərdə tutulan bütün tədbirlər başa çatdıqdan sonra keçiriləcək.
“Bütün tədbirlər başa çatdıqdan sonra, oktyabrın 9-da Vladimir Putin İran Prezidenti Məsud Pezeşkianla görüşəcək”, – Uşakov brifinqdə jurnalistlərə deyib.
Rusiya prezidentinin köməkçisi bildirib ki, görüş zamanı Yaxın Şərqdəki vəziyyət, eləcə də Rusiya ilə İran arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.