Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyada miqrasiya qaydalarının sərtləşdirilməsindən sonra qanun pozan xarici vətəndaşların ölkədən inzibati qaydada qovulmasının sayı 2,6 dəfə artıb.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Daxili İşlər nazirinin birinci müavini, Xarici Vətəndaşların Qeydiyyatı və Vətəndaşlıq Xidmətinin rəhbəri Andrey Kikotla görüşündə bildirib.
Putin qeyd edib ki, artım 85 faiz təşkil edib.
Rusiya Dövlət Dumasının məlumatına görə, 2026-cı ilin ilk yarısında ölkədə xarici vətəndaşların inzibati qaydada qovulması ilə bağlı təxminən 100 min qərar qəbul edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Qeyd edək ki, Rusiya son dövrdə miqrasiya siyasətini sərtləşdirib. Avqust ayında Vladimir Putin xarici vətəndaşların ölkədən qovulmasına əsas verən inzibati hüquq pozuntularının siyahısını da genişləndirən qanunu imzalayıb.
Murad İsmayıl