Putin: Onların Rusiya ilə bağlı planları iflasa uğradı

05.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Rusiyanı iqtisadiyyatda strateji məğlubiyyətə düçar etmək planları iflasa uğradı.

"Cebheinfo.az" xəbər verir ki, bunu VTB-nin “Rusiya çağırır” investisiya forumunun sessiyasında Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, 2022-ci ildə bəzi ölkələr Rusiya ilə istehsal və logistika zəncirlərini məhv edərək, özlərini əlverişsiz tərəfdaş kimi göstəriblər.

“Biz tez-tez eşidirik ki, bu ölkələr Rusiyanı siyasi, hərbi və iqtisadi sahədə strateji məğlubiyyətə çatdırmaq, ölkəmizin sənayesini, maliyyəsini, xidmət sektorunu kökündən zəiflətmək istəyirlər. Bu planların iflasa uğradığı göz qabağındadır”, - deyə Putin bildirib.

İqtisadi göstəricilərə toxunan Rusiya rəhbəri bu ilin yanvar-oktyabr aylarında ölkənin ümumi daxili məhsulunun 4,1% artdığını vurğulayıb.

“Bundan başqa, artım əsasən istehsalın emal sahələrində, əlavə dəyəri yüksək olan sahələrdə cəmlənib. Beləliklə, 10 ayda bizim emal sənayemiz 8%-dən çox, daha dəqiq desək, 8,1% artıb”, - Putin bildirib.

Rusiya prezidenti onu da vurğulayıb ki, bir çox Qərb ölkələri ilə müqayisədə ölkədə işsizlik səviyyəsi 2,3 faizlə rekord səviyyədə aşağıdır.

“Bu göstərici dünyanın əksər aparıcı iqtisadiyyatları və inkişaf etməkdə olan ölkələrin fonunda ən kiçik göstəricidir. Məsələn, bir çox Avropa ölkələrində bu, 7% və daha çoxdur”, - deyən Putin əlavə edib. Deyib ki, əmək bazarında struktur dəyişiklikləri regionlarda işsizliyin azalması, eləcə də 25 yaşa qədər gənclər arasında məşğulluğun artması ilə sübut olunur.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью