Putin onu Kurskun müvəqqəti qubernatoru təyin etdi

06.12.2024

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının deputatı Aleksandr Xinşteyni Kursk vilayətinin qubernatoru vəzifəsinin müvəqqəti icraçısı təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, Xinşteyni Kremldə qəbul edən Putin vəzifəni deputata təklif edib.

O bildirib ki, Kursk vilayətində böhranın idarə olunması tələb olunur.

Daha sonra Putinin təyinatla bağlı fərmanı yayılıb.

Qeyd edək ki, Kursk vilayətinin bir hissəsi Ukrayna qoşunlarının nəzarəti altındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью