Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Rusiyanın energetika naziri Sergey Çivilev Rusiya Prezidenti Vladimir Putinin şəxsi mesajını Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə çatdırıb.
Axar.az xəbər verir ki, bu barədə Tokayevin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstan və Rusiya prezidentləri arasında razılığa əsasən, Qasım-Jomart Tokayev Rusiyanın energetika naziri Sergey Çivilevi qəbul edib. Çiviliyev Putinin şəxsi mesajını çatdırıb”, - məlumatda bildirilib.
Qeyd edilib ki, görüş zamanı Qazaxıstan və Rusiya arasında əməkdaşlığın əsas sahələrindən biri olan enerji sektorunda tərəfdaşlığın perspektivləri müzakirə edilib.