Putin operativ fasilə verəcək, hücum vaxtıdır Svitan

07.04.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Aylarla davam edən hücumlardan sonra Rusiya ordusu əhəmiyyətli dərəcədə tükəndiyindən, Ukrayna qüvvələri təşəbbüsü ələ keçirə, qarşıdakı həftələr və ya aylar ərzində böyük hücuma başlaya bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Roman Svitan deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu hərəkətə keçməli və ölkə rəhbərliyi cəbhə xəttində əməliyyatların “dondurulmasına” razılıq verməməlidir:

"İndi bizim yaxşı fürsətimiz var, ay yarım ərzində Putində operativ fasilə olacaq, o, ehtiyatları gücləndirərkən, anbarları doldurana qədər itirilmiş mövqelərimizi bərpa etmək imkanımız var".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью