Putin: Oreşnik sistemi ilin sonuna qədər döyüş növbəsinə qoyulacaq

17.12.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Rusiya Müdafiə Nazirliyində geniş kollegiya iclası keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, kollegoyada prezident Vladimir Putin iştirak edib.

O bildirib ki, 2025-ci il xüsusi hərbi əməliyyatın vəzifələrinin həllində mühüm bir mərhələ olub.

Putin Rusiya ordusunun Ukraynada 2025-ci ildə 300-dən çox yaşayış məntəqəsini ələ keçirdiyini söyləyib.

Rusiya prezidenti Şimali Koreya hərbi qulluqçularının Kursk vilayətində cəsarətli hərəkətlərini və Kursk ərazisinin genişmiqyaslı minalardan təmizlənməsinə göstərdikləri köməyi qeyd edib.

Putinin sözlərinə görə, Rusiya ordusu bütün cəbhə xətti boyunca strateji təşəbbüsü möhkəm şəkildə əlində saxlayır.

O vurğulayıb ki, Rusiya ordusu hücum tempini, o cümlədən strateji əhəmiyyətli ərazilərdə artıra bilər.

Putin qeyd edib ki, "Burevestnik" və "Poseydon" sistemləri Rusiyanın strateji bərabərliyini və təhlükəsizliyini onilliklər ərzində təmin edəcək. O, bu sistemlərin uzun müddət unikal qalacağını vurğulayıb: "Oreşnik" sistemi ilin sonuna qədər döyüş növbəsinə qoyulacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью