Putin Oreşnik sisteminin seriyalı istehsalını elan edib

23.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin "Oreşnik" raket sisteminin seriyalı istehsalını elan edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiya lideri müvafiq bəyanatı Müdafiə Nazirliyinin rəhbərliyi və Rusiyanın müdafiə sənaye kompleksi nümayəndələri ilə müşavirədə səsləndirib.

"Bu sistemin seriyalı istehsalı ilə bağlı qərar qəbul edilib. Faktiki olaraq təşkil edilib", - Putin deyib və əlavə edib ki, Rusiyada bu sistemin ehtiyatları var.

O, "Oreşnik" sistemi ilə yanaşı, digər raket sistemlərinin sınaqdan keçirildiyini də vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью