Putin: “Oreşnik”in sınaqları uğurla keçib” VİDEO

22.11.2024

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Oreşnik” ballistik raketinin sınaqları uğurla keçdi, bu münasibətlə sizi təbrik edirəm, sınaqları davam etdirəcəyik. “Oreşnik” raketi köhnə sistemlərin modernləşdirilməsi deyil, müasir, ən son inkişafdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşündə deyib.
 

Putin qeyd edib ki, “Oreşnik” sistemi, düşmən hədəflərinə qarşı kütləvi şəkildə istifadə edildikdə, strateji silahla müqayisə edilə bilər: “Rusiyada ona bənzər bir neçə sistem sınaqdan keçirilir.
“Oreşnik”in seriya istehsalı ilə bağlı qərar qəbul edilib. Bu, Rusiya Federasiyasının suverenliyinin və ərazi bütövlüyünün daha bir qarantıdır”.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью