Putin “Oreşnik”lə bağlı suala gülərək cavab verdi Video

20.12.2024

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ənənəvi böyük mətbuat konfransı keçirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Putinə “Oreşnik”in niyə belə adlandırıldığı ilə bağlı sual ünvanlanıb.

“Düzünü desəm, bilmirəm”, - deyə Prezident gülərək deyib.

Xatırladaq ki, “Oreşnik” raket sisteminin mövcudluğu noyabrın 21-də Rusiya Prezidenti Vladimir Putinin müraciətindən məlum olub. Rəsmi açıqlamalara görə, bu, ən son yüksək dəqiqlikli orta mənzilli ballistik raketdir. Belə ki, o, 5,5 min km-ə qədər məsafədəki hədəfləri vura bilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью