Putin oyunu tərk edir Britaniya

19.12.2024

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Putin Suriyada geriyə strateji addım atıb. Bu, Rusiya ümid bəsləyənlər üçün bir siqnal olmalıdır". 

Ölkə.Az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.

Britaniyalı nazirin sözlərinə görə, ruslar Ukraynada müharibəni bir həftəyə bitirəcəklərini düşünürdülər, amma min gündən artıqdır buradadırlar.

O əlavə edib ki, Rusiyanın Suriyadan geri çəkilməsi hər bir ölkə üçün siqnal olmalıdır. 

"Rusiyaya özünün bir növ qarantı, strateji və təhlükəsizlik müttəfiqi kimi baxan istənilən ölkə bilməlidir ki, risklər böyük olanda Putin sadəcə olaraq oyunu tərk edir”, - Britaniyalı nazir qeyd edib.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью