Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Danışıqlar zamanı Rusiya lideri ikitərəfli münasibətlərə, ticarət-iqtisadi əməkdaşlığa və İrəvanın avropa kursuna dair əsas tezisləri səsləndirib.
KONKRET.az xəbər verir ki, Rusiya Prezidenti Rusiyanın Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olduğunu, 2026-cı ilin əvvəlindən bəri iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 milyard dollar təşkil etdiyini bildirib.
O qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında (AİƏT) olduğu müddətdə ÜDM-i üç dəfə, ittifaq ölkələrinə ixracı isə 10 dəfə artıb.
Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzv olmaq səylərinin ölkənin qanuni hüququ olduğunu, lakin bunun o cümlədən AİƏT-də qalmaqla bağlı müəyyən çətinliklər yaratdığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistan Aİ ilə inteqrasiya məsələsində nə qədər tez qərar versə, bir o qədər yaxşıdır – çünki Moskva münasibətləri bundan sonra necə inkişaf etdirmək lazım olduğunu başa düşməlidir.
Natiq Səlim,
KONKRET.az