Putin Paşinyan görüşündə nələr müzakirə olunacaq?

27.11.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdakı danışıqlar zamanı Ermənistandakı Rusiya hərbi bazası məsələsini müzakirə edəcəklər”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Kreml sözçüsü qeyd edib ki, Paşinyanın Rusiyaya səfəri çoxdan razılaşdırılıb və hazırda Kremldə bu səfərə hazırlıq gedir:
 

“Mövcud çətinliklərə baxmayaraq, Rusiya ilə Ermənistan arasındakı münasibətlər kifayət qədər genişdir. Lakin Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma kursu onun Avrasiya İqtisadi İttifaqı çərçivəsində işi davam etdirmək istəyi ilə uzlaşmır”, - deyə Peskov əlavə edib.


Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 3-də Moskvaya səfər edəcək.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью