Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Müstəqillik Günü ilə əlaqədar Baş nazir Nikol Paşinyanı təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Rusiya Prezidentinin təbrik mesajında deyilir:
“Ermənistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimizi qəbul edin. Sizə möhkəm cansağlığı və uğurlar, dost Ermənistan xalqına isə rifah və firavanlıq arzulayıram”.