Putin Paşinyanı Moskvaya çağırdı Peskov

07.09.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın gələcəkdə Moskvaya səfər etməsi barədə razılıq əldə edilib.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Paşinyanı Moskvaya dəvət edən Rusiya Prezidenti Vladimir Putin olub. Paşinyan dəvəti qəbul edib və tezliklə gələcəyini bildirib”, - deyə Peskov əlavə edib.

Peskov qeyd edib ki, səfərin dəqiq tarixi dövlət başçılarının iş qrafikləri nəzərə alınmaqla diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью