Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib.
“AzPolitika” xəbər verir ki, bu barədə erməni mediasında məlumat yayılıb.
Rusiyanın Baş naziri Mixail Mişustin də Paşinyana təbrik mesajı göndərib. Təbrik məktubları Ermənistan hökumətinin saytında dərc edilib.
Putinin təbrikində deyilir: "Hörmətli Nikol Vovayeviç, xahiş edirəm Ermənistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimi qəbul edin. Sizə cansağlığı və uğurlar, dost Ermənistan xalqına isə rifah və firavanlıq arzulayıram".
Xatırladaq ki, Ermənistanda bu il iyunun 7-də keçirilən parlament seçkisindən sonra V.Putin seçkidə qalib gəlmiş Paşinyanı təbrik etməmişdi.
“AzPolitika.info”