Putin Paşinyanla görüşdü VİDEO (YENİLƏNİB)

22.12.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Sankt-Peterburqda ayrıca görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfəri çərçivəsində baş tutub.

*** 13:01

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

"Unikal" xəbər  verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov açıqlayıb. 

"Putin Ermənistanın baş naziri Paşinyanla ikitərəfli görüş keçirməyi planlaşdırır", - deyə o qeyd edib. 

Kreml nümayəndəsi görüş barədə təfərrüatları açıqlamayıb.

Ağarza Elçinoğlu 



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью